AZ

Federasiya millilərin baş məşqçisi ilə bağlı qərar verdi

Azərbaycanın aşağı yaş qrupları üzrə futbol millilərinin baş məşqçiləri ilə müqavilələrin müddəti sentyabr ayınadək uzadılıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Müvafiq yaş qrupları üzrə milli komandaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.

U-19 Elxan Abdullayevə, U-18 Füzuli Məmmədova, U-17 İlham Yadullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
idmanxeber.az

3Mənbələr