EN

Zelenski Trampı niyə Ukraynaya dəvət etmək istədiyini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynaya gəlməsini ona görə istərdim ki, müharibənin izlərini öz gözləri ilə görüb onunla danışsın.RUBRIKA.AZ xəbər verir ki, o, bu barədə "The Guardian”a müsahibəsində bildirib.Zelenski Trampla səmimi söhbət etmək və onun gəlib müharibəni öz gözləri ilə görməsini arzuladığını bildirib."Zənnimcə, vəziyyəti dərindən başa düşmək üçün bu onun özünə də lazımdır. Bəzi açıqlamalardan anladığım qədər o, Putini tanıyır. Düşünürəm ki, Putini tanımaq üçün təkcə onunla ünsiyyət qurmaq yox, həm də onun Ukraynanın başına gətirdiklərinin nəticəsini görmək lazımdır. O zaman kimdən söhbət getdiyini daha çox başa düşəcəksiniz”, - Zelenski deyib."Əgər bundan sonar mənim onunla hər şeyi necə gördüyünü müzakirə etmək imkanım olsaydı, o zaman mən vəziyyəti başa düşərdim və bu mənim üçün strategiyanın başlanğıc nöqtəsi olardı”, - deyə prezident əlavə edib.Xatırladaq ki, Zelenskinin Trampın Ukraynaya gəlməsi ilə bağlı əvvəlki çağırışlarından sonra onun seçki qərargahı bildirib ki, Donald Tramp vəzifədə olmadığı üçün indi Ukraynaya səfər etməyi yersiz hesab edir.Tramp prezident olacağı təqdirdə 24 saat ərzində Rusiya və Ukrayna arasında sülh razılaşması əldə edə biləcəyi ilə öyünüb. Lakin o, bunu necə edəcəyini ictimaiyyətə açıqlamaqdan dəfələrlə imtina edib.Mətbuatda Trampın guya Ukraynanı Rusiya Federasiyasına güzəştə getməyə sövq etmək və Ukrayna ərazilərini, xüsusən də Krımı və Donbası onun nəzarəti altına vermək istədiyi barədə məlumatlar yayılıb.RUBRIKA.AZ





Facebook-da paylaş

Chosen
54
50
rublika.az

10Sources