AZ

Zelenski Rusiya ilə danışıqlarda vasitəçi dövlətlərin adını açıqladı

“Rusiya ilə danışıqlar aparılacağı təqdirdə ABŞ və Çin vasitəçi ola bilər. Bu, Ukrayna üçün müharibənin ədalətli başa çatmasına imkan verəcək”.

Azpost.info bildirir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bilirəm ki, onların çox böyük sualları var. Amma mənə elə gəlir ki, əgər bu müharibənin Ukrayna üçün, bütün dünya üçün ədalətli bitməsini istəyiriksə, Putini birlikdə dayandırmaq üçün haradasa mövqelər tapmalı olacaqlar. Hər biri öz yolu ilə, amma birlikdə” -deyə Zelenski vurğulayıb.

“Axı Rusiya oynayacaq, Putin görəcək ki, dünyanın əksər hissəsi Ukraynanın tərəfində deyil və dünya bölünüb. O və komandası daim bunun üzərində işləyir. Ona görə də ən güclü olan ABŞ və Çinin birgə təzyiqidir”, – deyə Zelenski bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
5
azpost.info

10Mənbələr