EN

"Yağışdan qaçıb doluya tutulmaq"... "El Nino sonrası La Nina ilə rekord temperatur gözlənilir"

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının proqnozlarına görə, El Nino bitdikdən və bir neçə aylıq neytral şəraitdən sonra yayın sonunda La Ninanın başlaması gözlənilir. Bu fenomen bütün dünyada temperaturun artmasına səbəb olur. La Nina planet üçün daha soyuq hava şəraiti deməkdir. Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyinin güclü təsiri səbəbindən bu dövrdə temperatur rekordları davam edə bilər. İyunun əvvəlindən ölkənin bir çox rayonlarında da havanın temperaturu yüksəlib. Temperaturun 30 dərəcəyə yaxınlaşması ilə yay artıq sürətlə yaxınlaşır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, El Nino bitdikdən və iqlim dəyişikliyinin güclü təsirlərindən irəli gələn La Nina başlayandan sonra rekord temperaturların davam edəcəyi gözlənilir. Ekoloq Ercan Çelik Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Sakit Okeanda meydana gələn El Nino okeanların ilk növbədə sahilyanı ərazilərində və sonra hər yerdə temperaturun yüksəlməsinə səbəb olur. La Nina bütün dünya üçün daha soyuq hava şəraiti deməkdir. Bu iki hadisə arasında keçid dövründə neytral, yəni təbii hava hadisələri fəaliyyət göstərir. Ercan Çelik “El Nino və La Nina adətən 9 ilə 12 ay arasında davam edir, lakin bəzən daha uzun sürə bilər. El Nino keçən ilin iyununda başlamış və bu ilin aprelində sona çatmışdır. El Nino bütün dünya üçün ekstremal, La Nina problemli hava hadisəsidir. La Nina zamanı da yüksək temperatur rekordları müəyyən edilə bilər. Biz indi La Ninaya keçəcəyik. Yəqin ki, bunu yayın sonu, sentyabrın əvvəlində görəcəyik. La Nina orta temperaturun azalması deməkdir. La Ninanın iyun-avqust aylarında baş verməsi ehtimalı 50 faizdir. El Ninonun təsirləri bütün şimal yarımkürəsinidə yay boyunca davam edəcək”-deyən ekoloq bildirib ki, La Ninanın qışın əvvəlində daha çox olacağı gözlənilir. Ekspert bildirib ki, iqlim dəyişikliyinə görə temperaturun artmağa davam edəcəyi gözlənilir. Yəni dəniz suyunun temperaturunda çox da böyük normallaşma müşahidə edilməyəcək. Ercan Çelik vurğulayıb ki, El Nino zamanı istiləşmə tendensiyası davam edəcək. İradə Cəlil, Bizimyol.info

Chosen
98
10
bizimyol.info

10Sources