AZ

"El Nino" nə vaxt bitəcək?

"El Nino" nə vaxt bitəcək?

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) qlobal temperaturun artmasına səbəb olan "El Nino" hava şəraitinin sona çatma əlamətləri göstərdiyini və il sonuna doğru planeti sərin saxlayan "La Nina" hava şəraitinə qayıdacağını ehtimal etdiyini açıqlayıb.Bu barədə WMO "El Nino" ilə bağlı hesabatında məlumat verib. Keçən ildən təsirli olan və bütün dünyada qlobal temperaturun artmasına və ekstremal hava şəraitinə səbəb olan "El Nino" artıq sona çatma əlamətlərini göstərir. Hesabatda, bu ilin iyul-sentyabr dövründə "La Nina"nın görünmə ehtimalının yüzdə 60 olaraq təxmin edildiyi bildirilib.Son 9 yılın kayıtlara geçen en sıcak dönem olduğu belirtilen raporda, 2020'den 2023'ün sonuna kadar etkili olan La Nina'nın soğutucu etkisinin de bunun önüne geçemediği aktarıldı.Hesabatda son 9 ilin ən isti dövr olduğu, 2020-ci ildən 2023-cü ilin sonuna qədər qüvvədə olan "La Nina"nın soyutma effektinin belə buna mane ola bilmədiyi ifadə edilib.Hesabatda fikirləri yer alan WMO-nun Baş Katibinin müavini Ko Barret “2023-cü ilin iyun ayından etibarən hər ay yeni temperatur rekordu qırılıb və 2023-cü il indiyə qədər qeydə alınan ən isti il ​​olub” deyib."El Nino" effektinin sona çatmasının uzun müddətli iqlim dəyişikliyində fasilə demək olmadığına diqqət çəkən Barret, planetin istixana qazları səbəbiylə istiləşməyə davam edəcəyini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
10
afn.az

10Mənbələr