AZ

El-Ninonun sonu məlum oldu

El Nino iqlim fenomeni bu il sona çata bilər. Onu əks fenomen – La Nina əvəz edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.
Aydınlaşdırılır ki, El Nino hazırda sona çatma əlamətləri göstərir. Son proqnozlara görə, bu il neytral şəraitin və ya 2024-cü ilin iyun-avqust aylarında La Ninaya keçid şansları bərabərdir (50-50 faiz). Eyni zamanda, La Nina ehtimalı iyul-sentyabr aylarında 60 faizə, avqust-noyabr aylarında isə 70 faizə qədər yüksəlir.
El Nino qlobal temperaturun kəskin artmasına və bütün dünyada ekstremal hava şəraitinin artmasına səbəb olub. Bu fenomen ekvatorial Sakit okeanın səthinin temperaturunun artması ilə xarakterizə olunur. La Nina, öz növbəsində, okean səthinin temperaturunun azalmasıdır. Tropik bölgələrdə bu fenomen El Nino ilə müqayisədə iqlimə əks təsir göstərir.
El Nino ekvatorial Sakit Okeanın normadan üç dərəcədən çox olmayan istiləşməsinə səbəb olan bir hadisədir. Təxminən eyni temperaturda həmişəkindən daha soyuqlaşdıqda əks proses La Nina adlanır.Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
elchi.az

10Mənbələr