EN

Millimiz bu gün Avropa çempionatında 1/4 final matçına çıxacaq

Millimiz bu gün Avropa çempionatında 1/4 final matçına çıxacaq

İdman

 11:20 06.06.2024

  

 245

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq.

Demedia.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq.

Matçın start fiti saat 19:00-da səsləndiriləcək.

Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.

Ukrayna, İngiltərə, Yunanıstanla mübarizə apardığı A qrupundan lider kimi çıxan Qazaxıstan isə 1/8 finalda Sloveniyanı məğlubiyyətə uğradıb.

Chosen
109
14
demedia.az

10Sources