AZ

AÇ: Azərbaycan millisi 1/4 finala çıxacaq

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq.

"Football-plus.az” xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq. Matçın start fiti saat 19:00-da səsləndiriləcək.

Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.

Ukrayna, İngiltərə, Yunanıstanla mübarizə apardığı A qrupundan lider kimi çıxan Qazaxıstan isə 1/8 finalda Sloveniyanı məğlubiyyətə uğradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
14
football-plus.az

10Mənbələr