AZ

AÇ: Millimiz bu gün 1/4 final matçına çıxacaq

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq.

Rekord.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq.

Matçın start fiti saat 19:00-da səsləndiriləcək.

Yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.

Ukrayna, İngiltərə, Yunanıstanla mübarizə apardığı A qrupundan lider kimi çıxan Qazaxıstan isə 1/8 finalda Sloveniyanı məğlubiyyətə uğradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
14
rekord.az

10Mənbələr