![Image](https://baki-xeber.com/uploads/posts/2024-06/fd5cb7ff-be14-364e-a6e2-bdcaf4fcfd23_850.webp)
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq. Komandamız bu gün Qazaxıstan yığması ilə qarşılaşacaq. Matçın start fiti saat 19:00-da səsləndiriləcək.
Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.
Mətləb