EN

Sumqayıtda 2 qumbara tapılıb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

***

10.43

Sumqayıtda 2 ədəd “F-1” markalı əl qumbarası aşkarlanıb.

APA xəbər verir ki, hadisə 22-ci məhəllədə qeydə alınıb.

Məişət tullantılarının üzərindən 2 ədəd “F-1” markalı əl qumbarası aşkarlanıb. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda Sumqayıtda
Chosen
115
49
apa.az

10Sources