AZ

Sumqayıtda 2 qumbara tapıldı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSumqayıt şəhəri, 26-cı məhəllə ərazisində sursat aşkar edilməsibarədə məlumat daxil olub.

Trend nazirliyə istinadənxəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi RiskliXilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupuhadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
49
az.trend.az

10Mənbələr