EN

Azərbaycan 5 ayda Türkiyədən 900 milyon dollarlıq mal alıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 888,385 milyon ABŞ dolları dəyərində mal idxal edib.

FED.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi bildirir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8 % azdır. 5 ay ərzində Türkiyənin Azərbaycana ixracı ümumi ixracın 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 3,2 % artaraq 92 milyard 537,971 milyon ABŞ dollara çatıb.

Türkiyədən ən çox idxalı Almaniya (7,638 milyard ABŞ dolları; illik müqayisədə 2,9 % az), ABŞ (5,405 milyard ABŞ dolları; 9 % çox), İtaliya (4,967 milyard ABŞ dolları; 7,7 % çox) və İngiltərə (4,938 milyard ABŞ dolları; 7,3 % çox) həyata keçirib.

Təkcə bu ilin may ayında isə Türkiyədən Azərbaycana 193,703 milyon dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 7,7 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 0,9 %-nə bərabər olub. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
7
fed.az

10Sources