AZ

Azərbaycan 5 ayda Türkiyədən 900 milyon dollarlıq mal alıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 888,385 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8 % azdır. 5 ay ərzində Türkiyənin Azərbaycana ixracı ümumi ixracın 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 3,2 % artaraq 92 milyard 537,971 milyon ABŞ dollara çatıb.

Türkiyədən ən çox idxalı Almaniya (7,638 milyard ABŞ dolları; illik müqayisədə 2,9 % az), ABŞ (5,405 milyard ABŞ dolları; 9 % çox), İtaliya (4,967 milyard ABŞ dolları; 7,7 % çox) və İngiltərə (4,938 milyard ABŞ dolları; 7,3 % çox) həyata keçirib.

Təkcə bu ilin may ayında isə Türkiyədən Azərbaycana 193,703 milyon dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 7,7 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 0,9 %-nə bərabər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
7
report.az

10Mənbələr