EN

Balakəndə yaşayış evi tamamilə yandı

Balakəndə yaşayış evi tamamilə yanıb.

 "Unikal" xəbər verir ki, yanğın rayonun Gərəkli kəndində, kənd sakini 1962-ci il təvəllüdlü Osmanov Məhəmməd Seyidəhməd oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə  Balakən rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 104 k/m  olan yaşayış evi içərisindəki əşyalarlı ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi araşdırılır. 

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
171
2
unikal.az

10Sources