AZ

Qaxda mikroavtobus yandı - FOTO

Qax rayonunda mikroavtobusda yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax rayon sakini Xalid Tağıyevə məxsus "Mercedes Vito" markalı mikroavtobus hərəkətdə olarkən anidən alışıb.
Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Nəticədə mikroavtobus yanaraq yararsız vəziyyətə düşüb. Yanğın zamanı mikroavtobusda sərnişinlər olmayıb.

Faktla bağlı araşdırma aparılır.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
26
bizim.media

10Mənbələr