EN

Azərbaycan basketbolçusu: Qəbələ mərhələsi Paris-2024-də hazırlıq xarakteri daşıyır

“Dünya Qadın Seriyasının Qəbələ mərhələsi Paris-2024-də hazırlıq xarakteri daşıyır”.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Mercedes Uoker deyib.

“Fiziki hazırlıq baxımından öz üzərimizdə bir qədər də işləməliyik. 3×3 basketbol bir az fərqlidir. İlk görüşdə möhtəşəm oyun göstərən kollektiv növbəti matçda zəif təsir bağışlaya bilər. Ona görə rəqiblərimiz barədə nə isə danışmaq çətindir”, - deyə o vurğulayıb.

M.Uoker Portuqaliya ilə keçirilən görüşdə zədə alan Dina Ulyanovanın tezliklə sağalacağına ümid edir:

“Özümü əla hiss edirdim, lakin Dina Ulyanovanın zədələnməsi əhvalımı korladı. Qarşıda bizi Olimpiada gözləyir. İnanıram ki, Aleksandra Mollenhauer və Dina Ulyanova bizimlə birgə olacaq”.

Chosen
109
3
ikisahil.az

4Sources