EN

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 169-a yüksəlib

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a, itkin düşənlərin sayının isə 56-ya yüksəldiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamada, seldən mənfi təsirlənən 469 qəsəbədə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib. Digər tərəfdən, suyun səviyyəsinin aşağı düşdüyü bəzi şəhərlərdə su şəbəkələrinin təmir olunduğu və əhalinin tədricən içməli su ilə təmin olunduğu paylaşılıb.

Bildirilib ki, hazırda 42 avtomobil yolu, körpü və küçə su altındadır və normal vəziyyətə düşmək üçün vaxt lazımdır.

Chosen
51
4
operativmm.az

8Sources