AZ

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 169-a yüksəlib

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a, itkin düşənlərin sayının isə 56-ya yüksəldiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 3 həftədir davam edən yağışların səbəb olduğu sellər nəticəsində can və mal itkiləri artır.

Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada seldən mənfi təsirlənən 469 qəsəbədə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib. Digər tərəfdən, suyun səviyyəsinin aşağı düşdüyü bəzi şəhərlərdə su şəbəkələrinin təmir olunduğu və əhalinin tədricən içməli su ilə təmin olunduğu paylaşılıb. Bildirilib ki, hazırda 42 avtomobil yolu, körpü və küçə su altındadır və normal vəziyyətə düşmək üçün vaxt lazımdır.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
sia.az

8Mənbələr