AZ

Braziliyada daşqın: Ölənlərin sayı 170-ə çatıb

Cənubi Amerika ölkəsi Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a, itkin düşənlərinin sayının isə 56-ya yüksəldiyi bildirilib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 3 həftədir davam edən yağışların səbəb olduğu sellər nəticəsində can və mal itkiləri artır. Açıqlamada seldən mənfi təsirlənən 469 qəsəbədə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib. Digər tərəfdən, suyun səviyyəsinin aşağı düşdüyü bəzi şəhərlərdə su şəbəkələrinin təmir olunduğu və əhalinin tədricən içməli su ilə təmin olunduğu paylaşılıb.

Bildirilib ki, hazırda 42 avtomobil yolu, körpü və küçə su altındadır və normal vəziyyətə düşmək üçün vaxt lazımdır. Xilasetmə işlərinin 28 minə yaxın şəxsi heyət, 4 min 500-ə yaxın texnika, 41 təyyarə və 340 dəniz gəmisi ilə aparıldığı müşahidə edilir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
4
editor.az

8Mənbələr