EN

İsrailin Rəfahdakı düşərgəyə hücumu nəticəsində ölənlərin sayı 45-ə çatıb

İsrailin dünən Qəzza zolağının cənubundakı Rəfah şəhərində köçkün fələstinlilərin düşərgəsinə təşkil etdiyi hücumda ölənlərin sayı 45-ə çatıb.

BiG.AZ xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi yazılı açıqlamada dünən gecə İsrail ordusunun Rəfahda məcburi köçkün fələstinlilərin çadırlarına təşkil etdiyi hücumla bağlı yenilənmiş məlumat paylaşılıb.

Açıqlamada hücumda həyatını itirən fələstinlilərin sayının 45-ə, yaralı sayının isə 249-a yüksəldiyi, həyatını itirənlərdən 23-nün qadın, uşaq və qoca olduğu bildirilib.

Dünən İsrail Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırmağa qərar verdiyi Rəfah şəhərində məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb.


BiG.Az
Chosen
115
15
big.az

10Sources