EN

Türkiyə Ermənistanla sərhədi nə vaxt açacaq? – Türkiyəli ekspertin RƏYİNDƏ

Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılmağa hazır olduğunu bəyan etdi. Bu iki ölkə arasında gediş-gəliş nə vaxt başlayacaq? Ankaranın bunun üçün İrəvana şərti vardı: Bakı ilə sülh müqaviləsini imzala sonra. 

Bu şərt hələ də qüvvədədir?

“1991-ci ilin dekabrında Sovet İttifaqıdan ayrıldıqdan sonra Türkiyə üç Cənubi Qafqaz ölkəsini, Azərbaycan, Gürcüstan və Ermənistanı birlikdə tanıdı və onların sərhəd qapılarını açdı. Lakin, Ermənistanla Azərbaycan arasında münaqişələr olduğu üçün Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr qurulmadı.”

Bu fikirləri türkiyəli ekspert, siyasi şərhçi Həsən Oktay bildirib.  Onun sözlərinə görə, Türkiyə indi Ermənistanla sərhədi açmaq məsələsində ehtiyatlı davranır:

“Sonralar regionda münaqişələr davam edib və Kəlbəcər ermənilər tərəfindən işğal olunduqdan sonra Türkiyə Ermənistanla sərhəd qapılarını bağlamaq qərarına gəlib. 2020-ci ildə Ermənistanın işağl etdiyi ərazilər azad olunduqdan sonra Türkiyə bağladığı bu sərhəd qapılarını açmalı idi. 

Lakin, Cənubi Qafqazda gedən geosiyasi proseslər Türkiyənin bu istiqamətdə hər hansı addım atmasına mane oldu. Türkiyə buna görə də Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını gözlədi. Vyanada keçirilən son danışıqlarda Türkiyə ilə Ermənistan arasındakı sərhəd qapılarının üçüncü ölkə vətəndaşlarına açılması məsələsi gündəmə gəlib. Bu, məsələ Azərbaycanı narahat edirdi. 2009-cu il Zürix danışıqları Azərbaycanı Türkiyə ilə bağlı tərəddüddə saxladığı üçün Türkiyə indi daha ehtiyatlı davranır. 

Ona görə də, Cənubi Qafqazdakı problemi kökündən həll etmək üçün üçtərəfli sülh sazişinin imzalanması və sərhəd qapılarının açılması məsələsini gündəmə gətirəcək. Azərbaycan-Ermənistan-Türkiyə üçlü sülhü ilə Cənubi Qafqazda bütün poblemləri həmişəlik həll edəcək.”

Fərid

Chosen
134
33
ednews.net

10Sources