AZ

"Sülh danışıqlarının dinamikasına delimitasiya və demarkasiya ətrafındakı razılaşmalar ciddi təsir göstərə bilər" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün sayır. Onun sözlərinə görə, tərəflər mətn üzərində işləri tam başa çatdırdıqdan sonra yer və vaxt müzakirə oluna bilər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Paşinyan delimitasiya problemlərini əngəlləmək istəyən müxalifətin və kilsənin iş birliyinə qarşı uğurla dayanıb onların hərəkətlərini zərərsizləşdirə bilsə, sülh muqaviləsinin mətni ilə bağlı məsələlərdə tərəflər qısa zamanda ortaq məxrəcə gələ biləcəklər:

"Münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanması üçün 5 mühüm şərt Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bəyan edilib.Praqada 2022-ci ildə səsləndirdiyi bəyanatla Ermənistanın baş naziri Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu təsdiq etməklə Ermənistanın bu bölgəyə ərazi iddiası olmadığını təsdiq edib.Bundan sonra tərəflər arasında imzalanacaq sülh müqaviləsinin baza prinsiplərinə aydınlığın gətirilməsi üçün danışıqlar olub ki,onların da sonuncusu Almatıda baş tutub.
Düşünürük ki,hazırki mərhələdə sülh danışıqlarının dinamikasına delimitasiya və demarkasiya ətrafındakı razılaşmalar ciddi təsir göstərə bilər".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
33
big.az

10Mənbələr