AZ

Türkiyə niyə “tələsir”: ciddi hadisələr başlayır?

Erməni politoloq Stepan Danielyan Türkiyə rəsmilərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması arzularını ifadə etməsini “tələskənlik” kimi qiymətləndirib.
BUTA.TV xəbər verir ki, Danielyan “türklərin niyə tələsdiyini” anlamağa çalışıb. O bildirib ki, mümkün variantlar - Ukrayna müharibəsinin dondurulması, İranda hakimiyyətin ötürülməsi və xarici siyasətdə dəyişiklik, Ermənistanın baş naziri və komandasının hakimiyyəti itirməsi ola bilər. “Yaxın aylarda beynəlxalq konfiqurasiyanı dəyişə biləcək fundamental hadisələr gözlənilir”, - o iddia edib.

Qeyd edək ki, Türkiyə rəsmilərinin vaxtaşırı olaraq Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişi imzalanmasını arzulamasının səbəbi regionda sabitlik və iqtisadi inkişaf üçün yaranan tarixi fürsətdir. Erməni müxaliflər isə “fundamental dəyişiklik” gözləyərək, regiona növbəti qeyri-stabilliyin gəlişini arzulayırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
3
buta.tv

10Mənbələr