EN

Arif Quliyevin xanımının vəziyyəti daha da PİSLƏŞİB: Oğlu DANIŞDI – ÖZƏL 

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva bir neçə gündür ki, səhhəti ağırlaşdığından “Semaşko” xəstəxanasına yerləşdirilib. 

Sənətkarın xanımının vəziyyətini öyrənmək üçün Bizim.Media-nın əməkdaşı aktyorun oğlu Rövşən bəylə əlaqə saxlayıb. 

O bildirib ki, valideyninin vəziyyəti daha da ağırlaşıb: 

“Anam Gülzar xanımın vəziyyəti səhərə yaxın daha da ağırlaşıb. Halı indi daha da pisdir. Komatoz vəziyyətdədir. Həkimlər əllərindən gələni edirlər ki, anamı bu vəziyyətdən çıxarsınlar”. 

Rəşad Əliyev, Bizim.Media

Chosen
56
18
bizim.media

10Sources