AZ

Bu valideynlər ən ağır cəzaya layiqdirlər - Komitə sədri

“Qlobal Köləlik üzrə 2023-cü ilin hesabatında göstərilir ki, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır, onlardan  təqribən 28 milyonu icbari əməyə, 22 milyonu isə məcburi nikaha cəlb edilib. Bu göstərici üzrə Azərbaycan 192 dövlət arasında müsbət mənada 22-ci yerdədir. Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür.
Məlumatın “Qanunvericilik”bölməsində gördüyümüz kimi, “İcraçı qurumlarının siyahısı” dəqiqləşdirilib, “İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi”nin çoxşaxəli funksiyaları TƏBİB-in funksiyalarına da aid edilib, İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənib”. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib.

 

“Baş İdarə tərəfindən 47 şəxsin əmək müqaviləsi olmadan işlədiyi üçün 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat cərimə tətbiqi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 512 şəxslə bağlı ümumilikdə 2.374.400 manat məbləğində sanksiya tədbiri, 8 miqrasiya kanalının aşkarlanaraq, 154 şəxsin saxlanılması, küçə həyatı, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilən 342 azyaşlının müəyyən edilməsi,  159  insan alveri faktı üzrə 16  cinayət işinin başlanması, 12 nəfərin İnterpol kanalı ilə beynəlxalq axtarışı aparılan genişmiqyaslı işləri göstərir.
Milli Fəaliyyət Planının icrası çərçivəsində 293 erkən evliliyin qarşısının alınmasına hamımız üçün mühüm siqnaldır. Belə ki,  Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub. Təsəvvür edin, özü uşaqkən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdirlər”,- deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
18
modern.az

10Mənbələr