AZ

Arif Quliyevin xanımının vəziyyəti NECƏDİR? – ÖZƏL 

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb. 

Gülzar xanımın səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı A.Quliyevin oğlu Rövşən bəylə əlaqə saxlayıb. 

Dəstəyi Rövşən bəyin xanımı qaldırıb və qayınanasının səhhətinin hələ də ağır olduğunu bildirib: 

“Uzun zamandır ki, Gülzar xanım sirroz xəstəliyindən əziyyət çəkir. Dünən onun səhhəti ağırlaşıb və “Semaşko”ya yerləşdirilib. Həkimlər müayinələr aparıblar. Onlar əlindən gələni edirlər ki, Gülzar xanımın səhhəti yaxşılaşsın. Amma hələ də onun vəziyyəti ağır olaraq qalır”. 
Qeyd edək ki, A.Quliyev ötən il koronavirusa yoluxmuş, ağ ciyərinin 90 faizi zədələndiyindən "Yeni klinika"da süni tənəffüs aparatına qoşulmuşdu. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Xalq artisti ötən ilin mayın 7-də 71 yaşında dünyasını dəyişib. 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
18
bizim.media

10Mənbələr