Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
Azerforum xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib:
“İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”
Murad
Azerforum.com