AZ

Messi Olimpiadaya gedəcək?

"İnter Mayami"nin hücumçusu Lionel Messi Paris Olimpiadasında Argentina millisinin heyətində oynaya bilər .

Publika.az xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.

Argentina olimpiya komandasının baş məşqçisi Xavyer Maskerano Messini Olimpiadada oynamağa razı salmaq üçün əlindən gələni edir. Olimpiya turnirində futbol komandaları 23 yaşdan yuxarı yalnız üç oyunçunu heyətə daxil edə bilər. Belə futbolçulardan ikisi - "Benfika"dan Nikolas Otamendi və "Mançester Siti"nin futbolçusu Yulian Alvares olacaq. Maskerano Parisə gedəcək üçüncü futbolçu kimi Messini real namizəd görür

Qeyd edək ki, Messi Paris-2024-ə qədər Argentina millisinin heyətində iyunun 20-dən iyulun 14-dək Amerika Kubokunda çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
publika.az

10Mənbələr