AZ

Messi çəkiliş zamanı kameranı qırdı – VİDEO

“İnter Mayami”nin hücumçusu Lionel Messi baş rollarda Uill Smit və Martin Lourensin çəkildiyi “Bad Boys 4” filminin qısa tanıtım videosunun çəkilişlərində iştirak edib. 

KONKRET.az AS nəşrinə istinadən xəbər verir ki, aktyorlar videonu sosial şəbəkədə yerləşdiriblər.

Çəkiliş Floridanın cənubunda baş tutub. Videoda aktyorlardan biri kadr çəkməyə hazırlaşarkən Messi qəfil peyda olub topu düz kameraya göndərib.

Filmin dünya premyerası 2024-cü il iyunun 7-nə planlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
konkret.az

10Mənbələr