EN

Günəşdə üç güclü partlayış: Maqnit qasırğası gözlənilir

Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar.Avropa.info bildirir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.Bildirilib ki, partlayışlar rentgen diapazonunda, M səviyyəsində olub və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam edib.Xatırladaq ki, Günəş partlayış rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir.

Chosen
146
16
avropa.info

10Sources