AZ

Günəşdə üç güclü partlayış - Maqnit qasırğası gözlənilir 

Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. 

Bildirilib ki, partlayışlar rentgen diapazonunda, M səviyyəsində olub və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam edib. 

Xatırladaq ki, Günəş partlayış rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
16
yenisabah.az

10Mənbələr