EN

Bakıda avtomobil 77 yaşlı qadını vurub

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, metronun "Sahil" stansiyasının yaxınlığında yolu keçən 1947-ci il təvəllüdlü Mükafat Qurban qızı Fərəcovanı avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Chosen
134
18
oxu.az

10Sources