Şahbuz rayonunda maşın aşıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Külüs kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər kənd sakini - 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Quliyev Sinan Məzahir oğlu, Vəliyev Yaqub Xəyal oğlu və 2011-ci təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndırilir.

İlkin məlumata əsasən, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək sürüb və bu zaman qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info