AZ

Şahbuzda ağır qəza - 4 yeniyetmə xəsarət aldı

Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Külüs kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər kənd sakini - 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndırilir.

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək sürüb və bu zaman qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
18
musavat.com

10Mənbələr