EN

Benzema gələcəyi ilə bağlı qərarını verdi

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema gələcəyi barədə yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Relevo" yayıb. 

Mənbə 36 yaşlı forvardın Səudiyyə Ərəbistanında oynamaq istəmədiyini vurğulayıb. Benzemanın bunu yaxınlarına da dediyi və yaxın günlərdə Madriddə malikanə aldığı bildirilib. "Əl-İttihad"ın Əlcəzair əsilli fransalını buraxmaq istəmədiyi və onun müqaviləsindəki yetərincə yüksək təzminat məbləğinin vəziyyəti mürəkkəbləşdirdiyi açıqlanıb.

Daha öncə mətbuatda sözügedən futbolçunun Ciddə təmsilçisinin baş məşqçisi Marselo Qalyardo ilə yola getmədiyi barədə məqalələr dərc edilmişdi.

Benzema ötən ilin yayında "Real"dan ayrılaraq azad agent qismində Səudiyyə Ərəbistanı klubuna keçib. Cari mövsüm bütün turnirlərdə 29 matça çıxan təcrübəli oyunçu 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
75
10
fanat.az

10Sources