AZ

Benzama Səudiyyə Ərəbistanından qaçmaq istəyir

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın hücumçusu Kərim Benzema klubdan ayrılmaq istədiyini yaxın ətrafına bildirib. 

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Real Madrid"ın keçmiş forvardı Səudiyyə Ərəbistanında futbolun səviyyəsini aşağı hesab edir və liqa klublarının zəif infrastrukturundan və peşəkarlığın aşağı olmasından narazıdır.

Futbolçu ölkəni tərk edib Avropa çempionatlarından birinə qayıtmaq istəyib, lakin 2026-cı ilədək davam edən müqavilənin sonuna qədər bunu etmək çətin olacaq.

Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 21 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Benzema son 14 il "Real Madrid"də forma geyinib. Forvard 4 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya kubokunun, 5 dəfə Çempionlar Liqasının qalibi olub.

"Əl İttihad" Səudiyyə Ərəbistanı çempionatında 50 xalla 5-ci yerdədir. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
10
milli.az

10Mənbələr