AZ

Benzema ayrılmaq istəyir, rəhbərlik buraxmır

“Əl İttihad”ın hücumçusu Kərim Benzema komandasını dəyişmək istəyir. 

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı fransalı Səudiyyə Ərəbistanının yüksək liqasının səviyyəsindən və infrastrukturun olmamasından məyusdur.

Lakin onun müqaviləsi 2026-cı ilə qədər olduğu üçün oyunçunun ayrılması çətin olacaq. Bundan əlavə, Benzemanın gedişi futbolçuya böyük sərmayə qoyan yerli liderlər tərəfindən xoş qarşılanmır.

O, ən yaxşı halda daha normal təchiz olunmuş və turnir cədvəlində yüksək yer tutan başqa Səudiyyə Ərəbistanı komandasına transfer oluna bilər

“Əl-İttihad” çempionatda beşincidir, “Əl-Hilal” isə vaxtından əvvəl çempionluq əldə edib.

 

Bu mövsüm Benzema bütün turnirlərdə 29 oyuna çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
10
idmanxeber.az

10Mənbələr