EN

"Onlara ən ağır cəza verilməlidir" - Millət vəkili

“Milli Fəaliyyət Planının icrası çərçivəsində 293 erkən evliliyin qarşısının alınması hamımız üçün mühüm siqnaldır”. 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.

 

“Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub. Özü uşaq ikən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdilər”,-millət vəkili bildirib.

 

Firuzə Əliyeva

Chosen
156
18
sfera.az

10Sources