"Bayer" bu mövsüm Almaniya Bundesliqasında sonuncu oyununa - 34-cü tur matçına çıxıb.BUTA.TV xəbər verir ki, artıq turnirdə çempionluğu rəsmiləşdirən Leverkuzen təmsilçisi "Auqsburq"la qarşılaşıb. "Bayer" rəqibini 2:1 hesabı ilə məğlub edib. Hesabı 12-ci dəqiqədə "Bayer"dən Viktor Bonifase açıb. 27-ci dəqiqədə Robert Andrix" fərqi artırıb. 62-ci dəqiqədə isə "Auqsburq"dan Mert Kömür fərqlənib. Bu qələbə sayəsində "Bayer" məğlubiyyətsiz oyunlar seriyasını 51-ə çatdırıb (bütün turnirlərdə).
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.