AZ

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

“Bayer” futbol üzrə Almaniya çempionatının 34-cü turunun ev oyununda “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qaliblərin qollarını Viktor Bonifas (12-ci dəqiqə) və Robert Andrix (27-ci dəqiqə) vurub. Bununla da, Bayer məğlubiyyətsizlik seriyasını 51 matça çatdırıb.

“Bayer” Almaniya çempionatını 90 xalla məğlubiyyətsiz başa vurub, 34 matçda komanda 28 qələbə qazanıb və 6 dəfə heç-heçə edib. Klub tarixdə ilk dəfə ölkə çempionatının qalibi olub.

“Bayer”ə qədər Almaniya çempionatında cəmi iki komanda məğlub olmamışdı – “Drezdner” bunu 1942/43 mövsümündə, “Dinamo Berlin” isə 1982/83 mövsümündə bacarmışdı.

Bu mövsüm Bayerin qarşıda hələ iki finalı var - mayın 22-də komanda Avropa Liqasında həlledici oyunu Dublində İtaliyanın “Atalanta”sına qarşı, mayın 25-də isə Almaniya kubokunda “Kayzerslautern”lə keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
8
ucnoqta.az

10Mənbələr