Ötən il 89 nəfər Azərbaycan vətəndaşı Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində, Bəhreyn Krallığında, Qətərdə, İranda və İraqda cinsi istismara məruz qalıb.
Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.
Qeyd edilib ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (-3) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olub. Onlardan 28-i Türkiyə Respublikasında, 28-i Rusiya Federasiyasında, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, 4-ü Qətər Dövlətində, 3-ü İran İslam Respublikasında, 1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək istismarına məruz qalıb.
Qurbanlardan 6-ı 18-25 yaş arası, 50-i 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-i respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-2022-ci illərdə, 17-i isə 2023-cü ildə istismara məruz qalan şəxslər olub.