AZ

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI

Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub.

Anons.az-ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Belə ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (-3) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi)
hamısı Azərbaycan vətəndaşı olub:

"Onlardan 28-i Türkiyə Respublikasında, 28-i Rusiya Federasiyasında, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, 4-ü Qətər Dövlətində, 3-ü İran İslam Respublikasında,1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək istismarına məruz qalıb", - məlumatda vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
28
anons.az

10Mənbələr