Slovakiyanın Baş naziri Robert Fitsonun həyati təhlükəsi yoxdur.BUTA.TV xəbər verir ki, bu sözləri BBC-yə açıqlamasında Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomaş Taraba deyib. "Düşünürəm ki, o, sağ qalacaq. Hazırda onun həyatı üçün təhlükə yoxdur", - o bildirib. Taraba Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib. Xatırladaq ki, ötən gün hökumət iclasından çıxarkən R.Fitsoya sui-qəsd edilib. Ona 5 dəfə atəş açılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.