AZ

Ərdoğan Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdi pisləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini kəskin şəkildə pisləyib.

Bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı törədilən bu dəhşətli sui-qəsdi qətiyyətlə pisləyirəm. Ona tezliklə şəfa tapmasını arzulayıram”, - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
297
10
cebheinfo.az

10Mənbələr