AZ

Fitsonun həyati təhlükəsi… - Baş nazirin müavini

Tarix: 16 May 2024 07:44

Slovakiyanın Baş naziri Robert Fitsonun həyati təhlükəsi yoxdur.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri BBC-yə açıqlamasında Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomaş Taraba deyib.
"Düşünürəm ki, o, sağ qalacaq. Hazırda onun həyatı üçün təhlükə yoxdur", - o bildirib.
Taraba Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib.



Xatırladaq ki, ötən gün hökumət iclasından çıxarkən R.Fitsoya sui-qəsd edilib. Ona 5 dəfə atəş açılıb.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
255
3
sonxeber.net

10Mənbələr