PSJ-nin hücumçusu Kilian Mbappe klub prezidenti Nasser Əl-Xələfi ilə mübahisə edib.
BAKU.WS-in xəbərinə görə,bu barədə "Le Parisien" nəşri yazır.
Mənbənin məlumatına görə, insident Fransa Liqa 1-in 33-cü turu çərçivəsində keçirilən PSJ - "Tuluza" matçından (1:3) əvvəl baş verib.
Oyundan əvvəl Nasser Əl-Xələfi Mbappe ilə görüşüb və ondan niyə vida videosunda onu xüsusi qeyd etmədiyini soruşub. Bundan sonra dava düşüb və qışqırıq səsləri eşidilib.
Daha əvvəl mətbuatda Mbappe ilə Əl-Xələfi arasında fikir ayrılığı olduğu bildirilirdi. Bu kontekstdə Kilian vida videosunda onun adını çəkməyib.
Xatırladaq ki, Mbappe 2017-ci ildən Paris klubunda çıxış edir. Hücumçu gələn yay azad agent kimi komandadan ayrılacaq.
Onu İspaniya nəhəngi "Real Madrid"ə keçəcəyi istisna olunmur.