AZ

Mbappe: “PSJ-dən başıuca ayrılıram”

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Futbolçular və Məşqçilər İttifaqının versiyasına görə 5-ci dəfə Liqa 1-də mövsümün ən yaxşı oyunçusu seçilib.

Bu mövsüm 25 yaşlı futbolçu Fransa çempionatında 29 matçda 27 qol vurub və 7 qolun ötürməsini verib. Paris təmsilçisi ilə o, Liqa 1-in qalibi olub. Bu, Mbappenin paytaxt klubundakı son mövsümüdür.

Xatırladaq ki, fransalı hücumçu 2018-ci ilin yayında “Monako”dan PSJ-yə keçib. O, tezliklə “Real”ın futbolçusu olacaq.

Kilian təqdimat mərasimində gələcəyindən danışıb: “Bundan sonra həyatımda daha həyəcanlı dönəm başlayır. Yeni şeylər kəşf edəcəm və bu, məni xoşbəxt edir. Atam PSJ-dən ayrılmamış tarix yazmağımı istədi, Parisdə bunu bacardığımı düşünürəm. Klubdan başıuca ayrılıram”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
50
futbolinfo.az

10Mənbələr