Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Tumbul kəndi ərazisində qeydə alınıb. 75-BK-252 dövlət nömrə nişanlı avtomobillə 85-AE-036 dövlət nömrə nişanlı yük maşını toqquşub.
Hadisə nəticəsində Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İsmayılov İbrahim Məhəmməd oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xətsəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
![Naxçıvanda](https://apa.az/storage/news/2024/may/11/big/663f8caed5a53663f8caed5a541715440814663f8caed5a51663f8caed5a52.jpg)
![Naxçıvanda](https://apa.az/storage/news/2024/may/11/big/663f8caee33f2663f8caee33f31715440814663f8caee33ee663f8caee33f0.jpg)