EN

Qəzzada son durum - Ölənlərin sayı artır

Qəzzada ölənlərin sayı 34 min 844-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat paylaşıb.

Məlumatda, İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 7 qırğın törətdiyi, hücumlarda daha 55 fələstinlinin həyatını itirdiyi, 200 fələstinlinin isə yaralandığı bildirilib.

Hücumlarda həyatını itirənlərin sayı 34 min 844, yaralıların sayı isə 78 min 404-ə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
163
33
bakupost.az

10Sources